BaşlıcaSiyasət

Yunanıstanda erməni şərabının tarixi təqdim olunacaq

Ermənistan Respublikasının Yunanıstandakı səfirliyinin təşəbbüsü ilə Yunanıstanda şərabla bağlı ən mühüm tədbirlərdən biri olan Salonikidəki “Helexpo”da keçiriləcək “Detrop” sərgisində Ermənistan ilk dəfə iştirak edəcək. Bu barədə Yunanıstandakı Ermənistan məlumat yayıb.

Sərgidə “Quality Wines” şirkəti ArArAt, Zorah, Karas, ArmΑs, Hin Areni, Oshin, Orran, Armenia Wine, Kilikia, Jermuk və Noyan brendlərini təqdim edəcək.

Sərgi 18-20 fevral tarixlərində N8 pavilyonunun B30 stendində baş tutacaq.

Fevralın 19-da N15 pavilyonunun əsas səhnəsində “Ermənistan: şərabın müqəddəs diyarı” adı altında erməni şərabının tarixinin xüsusi təqdimatı keçiriləcək.

Daha çox göstər
Back to top button