Başlıcaİctimaiyyət

Türkiyə və Suriyaya göndərilən humanitar yardıma 157 milyon dram xərclənib

Fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Ermənistan hökuməti Türkiyə və Suriyaya 157 milyon 816 min dram humanitar yardım edib.

 Factor.am bu barədə ER Fövqəladə Hallar nazirliyinin hazırladığı layihədən öyrənib. Mənbənin məlumatına görə, Ermənistan həmin ölkələrə şorba, tərəvəz konservləri, ət, balıq, şəkər, içməli su, düyü, makaron, döşək və yataq dəstləri göndərib.

Layihədən 157 milyon 816 min iki ölkə arasında necə bölüşdürüldüyü bəlli deyil. Qeyd edək ki, Ermənistan ən qısa Ermənistan-Türkiyə quru yolu olan Markara körpüsü ilə iki dəfə Türkiyəyə humanitar yardım göndərib.

 Birinci partiya 100 ton, beş yük maşını olub, ikincisi haqqında rəsmi məlumat yoxdur. Ermənistan Suriyaya iki dəfə, ümumilikdə 55 ton humanitar yardım göndəribdir.

(1 dollar-400 dram təşkil edir).

Daha çox göstər
Back to top button