BaşlıcaEkonomika

Ermənistan Gürcüstana gül tədarük edən ölkələr arasında lider olub

2022-ci ildə Gürcüstana buket və kompozisiyalar üçün 3 milyon ABŞ dolları dəyərində 1203 ton müxtəlif növ gül və qönçələr gətirilib.

BM.ge biznes portalı qeyd edir ki, bu, son on ildə qeydə alınan rekorddur.

Gürcüstana 13 ölkədən gül gətirilib ki, onların arasında Ermənistan lider olub. “Новости-Грузия” xəbər verir ki, Ekvador, Hollandiya, Türkiyə və Keniya da ilk beş təchizatçı arasındadır.

Gürcüstana gül tədarük edən aparıcı ölkələrin siyahısı belədir.

Ermənistan: 1,2 milyon dollar, 432 ton,

Ekvador: 584 min dollar, 198 ton,

Hollandiya: 495 min dollar, 39 ton,

Türkiyə: 379 min dollar, 443 ton,

Keniya: 231 min dollar, 73 ton.

Hindistan, Azərbaycan, İran, Kolumbiya, Efiopiya, Çin, Böyük Britaniya və Rusiyadan daha az idxal olub.

Pul ifadəsində 2021-ci illə müqayisədə 34,3 faiz, həcm baxımından isə 36,9 faiz çox təhvil verilib.

Daha çox göstər
Back to top button