BaşlıcaEkonomika

Koqogi: “Ruben Vardanyan “Atom” elektromobilinin yaradılması layihəsində qalır”

Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan hazırda “Atom” elektromobilinin yaradılması layihəsində qalır.

Alınan məlumata görə, bu haqda TASS-a Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının konqresi çərçivəsində “Atom”un həmsərmayəçisi, “Kamaz”ın baş direktoru Sergey Koqoqin bildirib.

Avtomobil istehsalı ilə məşğul olan “Kamaz” şirkəti 2021-ci ilin avqustunda yaradılıb. Müəssisənin nizamnamə kapitalı 720 milyon rubl olub, layihənin əsas investorları Sergey Koqoqin və Ruben Vardanyan olub.

 2022-ci ilin noyabrında Rosatom-un layihəyə qoşulduğu məlum oldu. “Kamaz”ın baş direktorunun sözlərinə görə, Rusiyanın “Atom” elektromobilinin prototipi may ayında keçiriləcək Kazan Sammiti konfransında nümayiş etdirilə bilər.

Daha çox göstər
Back to top button