BaşlıcaSiyasət

KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazırıq: Qaluzin

Rusiya Federasiyası xarici işlər nazirinin müavini KTMT missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğunu təsdiqləyib.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI -yə müsahibəsində Ermənistanın KTMT ilə münasibətlərinə dair suala cavabında bildirib.

“Biz öz tərəfimizdən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları naminə Azərbaycan-Ermənistan sərhədində KTMT missiyasının yerləşdirilməsi planlarını, habelə KTMT Kollektivinin müvafiq qərar layihəsində nəzərdə tutulmuş digər yardım tədbirlərini həyata keçirməyə hazır olduğumuzu təsdiqləyirik. Biz bu işə Ermənistanın özü qədər hazırıq”,- deyə Mixail Qaluzin bildirib.

Daha çox göstər
Back to top button