
Rumıniya Beynəlxalq Ədalət Məhkəməsinin məcburi yurisdiksiyanı qəbul etməsini və istənilən növ mübahisənin həlli üçün məhkəməyə müraciət etməsini dəstəkləyir.
Aldığımız məlumata görə, bu haqda Rumıniyanın Xarici işlər naziri Boqdan Auresku Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə Beynəlxalq Ədalət Məhkəməsinin məcburi yurisdiksiyasını tanıyan Rumıniyanın Azərbaycanın fəaliyyətini necə qiymətləndirir sualına cavab verərkən qeyd edib.
Eyni məhkəmənin qərarının, hərəkətinin təmin edilməsinə dair Laçın dəhlizindən sərbəst keçidin icra olunmamasına verilən qiymət hansıdır?.
“Rumıniya Beynəlxalq Ədalət Məhkəməsini və beynəlxalq ədaləti ciddi şəkildə dəstəkləyən ölkələrdən biridir. Beynəlxalq hüquqa hörmət Rumıniyanın xarici siyasətinin əsas konsepsiyasında təcəssüm edir.
Beynəlxalq ədalətə müraciət etməyin üstünlükləri bizim üçün aydındır. Bu, praktiki işdir. Çünki Rumıniya qonşularımızdan biri ilə vacib məsələni həll etmək üçün Beynəlxalq Ədalət Məhkəməsindən istifadə etdi.
Onun sözlərinə görə, bu, şübhəsiz ki, istənilən mübahisənin həlli üçün çox dəyərli vasitədir.
“Rumıniya Beynəlxalq Ədalət Məhkəməsinin məcburi yurisdiksiyasının qəbul edilməsinin tərəfdarıdır” – deyə nazir bildirib.
Rumıniyanın Xarici işlər naziri onu da bildirib ki, 2 il əvvəl o, bu məcburi yurisdiksiyanın BMT-yə üzv dövlətlər tərəfindən qəbul edilməsini təşviq etmək üçün BMT səviyyəsində təşəbbüsə başlayıb.
“Bizim üçün Beynəlxalq Ədalət Məhkəməsi böyük əhəmiyyət kəsb edir. Və biz bütün mübahisələri həll etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyi dəstəkləyirik” – deyərək Boqdan Auresku bildirib.







