BaşlıcaSiyasət

Göy məscid – Ermənistanda İran memarlığının incisi

Ermənistan həmişə digər xalqların mədəni irsinə, dini ənənələrinə hörmət göstərib və onlara xüsusi yanaşma nümayiş etdirib. Ermənistanda bu günə kimi çox abidələr, o cümlədən məscidlər, türbələr qorunub-saxlanılıb. Bunun ən bariz nümunəsi isə Yerevanda fəaliyyət göstərən Göy məsciddir.

Tarixi mənbələrə görə, məscid 1765-68-ci illərdə İran Zendi şah sülaləsinin son illərində, Hüseyn Əli xanın hakimiyyəti dövründə tikilmişdir. Məscid İran memarlıq nümunələrindən biridir.

Məscidin açıq-aşkar İran memarlığına məxsus olduğuna, ərazidə olan bütün fars yazılarına və müxtəlif dövrlərdə buraya səyahət edənlərin xatirələrinə baxmayaraq, Azərbaycan Yeravndakı məscidə qarşı iddialarından əl çəkmir və onu sözdə Azərbaycan mədəni irsi kimi təqdim etməyə çalışır.

İranın Ermənistandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Hüseyn Tabatabayinin sözlərinə görə, Azərbaycan tərəfindən digər ölkələrin mədəniyyət abidələrinin mənimsənməsi yeni bir şey deyil.

“Başqa ölkələrin mədəni irsini, dəyərlərini mənimsəmək, özlərinə aid etmək siyasəti Azərbaycan hökumətinin mahiyyətidir, bu çox təəssüf doğurur. Təbrizdə də eyni adlı məscid var, Göy məscidi. Və bu məsscidə İran memarlığından başqa heç nə yoxdur. Bütün bunlar göstərir ki, məscid məhz iranlılar tərəfindən tikilib, yazılar fars dilindədir və heç bir şübhə yoxdur ki, məscid iranlılara məxsusdur.

Müxtəlif illərdə məscidin divarlarında qalmış fars dilində olan yazılar da məscidin İrana mənsubluğunu bir daha sübut edir. Məscidin ərazisində qəbir aşkar edilib, məzar daşında fars dilində yazılar var. Bu da öz növbəsində inkaredilməz bir faktdır.

Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun mənbəşünaslıq şöbəsinin əməkdaşı Tiqran Mikayelyan da bildirib ki, Göy məscidinə qarşı azərbaycanlıların iddiaları cəfəngiyyatdır.

“Çünki Azərbaycan da özü İran mədəniyyətinin nəticəsidir, ona görə də azərbaycanlılara məxsus olan və belə adlandırılacaq konkret üslub və memarlıq yoxdur, Azərbaycan qurulandan sonra ancaq belə bir üslub mövcud ola bilər”. Azərbaycan dövləti isə ancaq 20-ci əsrdə qurulub.

İllər boyu Yerevanda qorunub-saxlanılan Göy məscidi bir daha aydın şəkildə göstərir ki, Ermənistan ərazisindəki bütün mədəni irsi xüsusi şəkildə qorunub-saxlanılır. Bunu İranın Ermənsitandakı səfirliyinin nümayəndəsi də qeyd edir.

“Bizim dini mərkəzləri ermənilər tərəfindən guya hörmətsizlik etdiyini, məscidlərdə donuz saxladığını iddia edən azərbaycanlıları Göy məscidə baş çəkməyə və onu görməyə dəvət edirəm. Görsünlər ki, ermənilərdən zərrə qədər hörmətsizlik də yoxdur, belə bir şey tapa bilməyəcəklər. Gəlsinlər, görsünlər və özləri boş-boş ittihamlarının cavabları da alsınlar”.

Bundan əlavə qeyd edək ki, Ermənistan ərazisində məscidlərlə yanaşı, bir çox başqa müsəlman abidələri də qorunub saxlanılıb.

Məsələn, Argavandadlı Qaraqoyunlunun məzarı, Noradusda Aslan Qaplanın qəbirüstü abidəsi, Syuni rayonunun Vorotan kəndindəki orta əsr qəbiristanlığı və bir çox digər abidələr.

Daha çox göstər
Back to top button