BaşlıcaEkonomika

Avropadan AİB ölkələrinə malların təkrar ixracı pozuntu deyil

Avropadan AİB ölkələrinə malların təkrar ixracı pozuntu deyil. Bunu aprelin 6-da jurnalistlərlə söhbətində ER Dövlət Gəlirlər Komitəsinin sədri Rustam Badasyan deyib.

O, Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olduğunu və ittifaqda tətbiq olunan bütün qaydalara əməl etdiyini qeyd edib.

Onun sözlərinə görə, Ermənistan tranzit zonada olmaqda və ya tranzit ölkənin hansısa üstünlüklərindən istifadə etməkdə maraqlı deyil. “Ermənistan bu istiqamətdə heç bir addım atmır”, – o vurğulayıb.

Daha çox göstər
Back to top button