BaşlıcaSiyasət

Mişel-Paşinyan-Əliyev arasında görüş iyunun 1-nə planlaşdırılır

İyunun 1-də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin Ermənistan və Azərbaycan rəhbərləri Nikol Paşinyan və İlham Əliyevlə Moldovada görüşü planlaşdırılır.

Bu haqda  “RİA Novosti” Avropa Birliyi Şurasının rəhbərinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Görüşün iyunun 1-də Avropa Mərkəzi Komitəsinin sessiyası çərçivəsində keçirilməsi gözlənilir” – deyə məlumatda qeyd olunub.

Bundan əvvəl ER hökumətinin mətbuat xidməti xəbər vermişdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna xanım Hakopyanla birgə Moldovaya işgüzar səfərə gedib və orada mayın 31-dən iyunun 2-dək qalacaq.

Paşinyan Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək. Tədbir çərçivəsində ER Baş nazirinin beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri olacaq.

Moldovada Ermənistanın Baş naziri, Fransa Prezidenti, Almaniya Kansleri, Avropa Birliyi Şurasının sədri və Azərbaycan prezidentinin beştərəfli görüşü də planlaşdırılır.

Daha çox göstər
Back to top button