BaşlıcaSiyasət

Mirzoyan: “Ermənistanla Azərbaycan arasında demarkasiyaya dair konkret xəritə ilə bağlı yekun razılaşma yoxdur”

Ermənistanla Azərbaycan arasında demarkasiya üçün konkret xəritə üzrə yekun razılaşma yoxdur, lakin məsələn, 1975-ci ilin xəritəsini əsas götürmək Ermənistan üçün məqbul həlldir.

Verilən məlumata görə, bu haqda  ER Xarici işlər naziri Ararat Mirzoyan “ER 2022-ci il  dövlət büdcəsinin icrası haqqında” illik hesabatın ilkin müzakirələri zamanı deputatların suallarını cavablandırarkən deyib.

“Hələ ki, demarkasiya işlərinin hansı xəritə üzərində aparılması ilə bağlı yekun razılıq yoxdur. Amma bu işlərin Almatı bəyannaməsinə uyğun aparılması ilə bağlı öhdəlik var.

Ötən il oktyabrın 6-da Praqada bununla bağlı razılıq əldə olunub. , amma xəritə ilə razılaşma yoxdur” – deyə  Mirzoyan bildirib.

O, əlavə edib ki, bildiyi qədər Kişinyovda keçirilən sonuncu müzakirə zamanı Azərbaycan prezidenti 1975-ci ilin xəritəsinə etiraz etməyib.

“Söz bütün beynəlxalq ictimaiyyət və ER tərəfindən ətrafında anlaşma və işi davam etdirmək istəyi olan xəritədən gedir.

 Biz hesab edirik ki, 1975-ci il xəritəsi ilə bir-birinin ərazi bütövlüyünü tanımaq və bu əsasda demarkasiya işlərinə başlamaq bir məqsəddir. Ermənistan Respublikası üçün məqbul olunan həlldir. Bununla belə, konkret xəritə üçün yekun razılaşma yoxdur” – deyə XİN rəhbəri yekunlaşdırıb.

Daha əvvəl ER  Baş naziri  Kişinyevdə keçirilən beştərəfli görüşdən sonra  sanki, rətəflər Ermənistan və Azərbaycan  arasında gələcək demarkasiya işləri üçün  bir təməl olaraq 1975-ci il xəritəsini götürməyə zidd deyildilər.

Daha çox göstər
Back to top button