BaşlıcaSiyasətVideo

Azərbaycan dünyaya göstərmək istəyir ki, “inteqrasiya” prosesdədir – VİDEO

Təxminən bir həftədir ki, ermənilər Rusiya sülhməramlılarının avtomobili ilə Azərbaycanın Həkəri körpüsü üzərində quraşdırılan keçid məntəqəsi vasitəsilə Artsaxdan Ermənistana və əks istiqamətdə hərəkət edirlər.

Rusiya Sülhməramlıları ilə Əməkdaşlıq Mərkəzinin nümayəndəsi Gevorg Mirzoyanın sözlərinə görə, bütün sərnişinlər Azərbaycan keçid məntəqəsində yoxlanılır.

Hər gün Artsaxa təxminən 28 nəfər girib-çıxır, rusların maşınında o qədər yer var. Sərnişlərin siyahısı Sülhməramlılarlə Əməkdaşlıq Mərkəzində hazırlanır.

Azərbaycan ermənilərin keçid məntəqəsindən keçməsi prosesini video çəkib  göstərirlər, çəkiliş isə insanların icazəsi olmadan, insanların hüquqlarını pozaraq aparılır.

Azərbaycan videogörüntülərində sülhməramlılar görünməsə də, Rusiya sülhməramlıları bütün dövr ərzində, o cümlədən keçid məntəqəsində Ermənistan vətəndaşlarını müşayiət edirlər.

Artsax Ombudsmanı Geğam Stepanyanın sözlərinə görə, Azərbaycan tərəfi videolarda Rusiya sülhməramlılarının göstərilməməsi üçün xüsusi səy göstərir. Bu təbliğat məqsədi daşıyır. Aydındır ki, azərbaycanlıların məqsədi nə Rusiya tərəfinin, nə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu prosesdə iştirakının olmamasıdır. Azərbaycan bütün dünyaya göstərmək istəyir ki, heç bir problem yoxdur və “inteqrasiya” prosedədir.

Artsax Ombudsmanı qeyd edib ki, nə qədər ki, insanlar üçüncü tərəfin müşayiəti ilə həmin yolu keçiblər, demək həm psixoloji, həm də fiziki təhlükələr var. O vəziyyətdə dəhlizin açılmasından, blokadanın götürülməsindən danışmaq məntiqli deyil.

Geğam Stepanyan vurğulayır ki, insanlar yalnız öz qohumlarına çatmaq üçün üçüncü şəxsin müşayiəti ilə Azərbaycan keçid məntəqəsindən keçməyə hazırdırlar, lakin bu, heç də Ermənistan-Artsax sərhəddində silahlı azərbaycanlıların dayanmasına dözmək demək deyil.

Daha çox göstər
Back to top button