Başlıcaİctimaiyyət
Yerevanın daimi əhalisi artıb: “ER əhalisinin təxminən 37%-i paytaxtda yaşayır”

2023-cü il aprelin 1-də ER əhalisi əvvəlki ilin eyni ayına nisbətən 0,7% artaraq 2 milyon 961,6 min nəfər təşkil edib. Bu barədə Statistika Komitəsinin açıqladığı məlumatlardan öyrənirik.
Ermənistan əhalisinin təxminən 37%-i Yerevanda yaşayır. Paytaxtda daimi əhalinin sayı 1 ildə təxminən 7100 nəfər artıb. Əgər 2022-ci il aprelin 1-də Yerevanda 1 milyon 93 min 200 nəfərə yaxın insan daimi yaşayırdısa, 2023-cü il aprelin 1-nə paytaxtın daimi əhalisinin sayı 1 milyon 100 min 200 nəfərdir.
1 ildə artım 0,6 faizə yaxın olub. Son 10 ilin məlumatlarını müqayisə etsək, aprelin 1-nə olan məlumata görə, 2013-cü ildən etibarən Yerevan əhalisinin təxminən 30 min nəfər artdığını deyə bilərik.
Mətn factor.aə məxsusdur.







