Başlıcaİctimaiyyət

Ermənistan sərhədini keçən azərbaycanlı Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib

İyunun 21-də hakim Napoleon Ohanyanın sədrliyi ilə Syunik bölgəsinin Ümumi Yurisdiksiya Məhkəməsi Zangezur mis-molibden kombinatının mühafizəçisini öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan əsgəri Hüseyn Axundova 20 il həbs cəzası verib.

Axundov Zangezur mis-molibden kombinatının mühafizə xidmətinin əməkdaşı, 56 yaşlı Hayrapet Meliksetyanı öldürməkdə təqsirli bilinib. Meliksetyanın ailəsi bu hökmü qəbuledilməz hesab edir və ömürlük həbs tələb edir.

Daha çox göstər
Back to top button