
Laçın dəhlizində qeyri-qanuni nəzarət-buraxılış məntəqəsi quraşdırılandan bəri Azərbaycan Beynəlxalq Məhkəmənin qərarlarına zidd olaraq hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin hərəkətini, o cümlədən sağlamlıqlarına görə insanların təxliyəsini davamlı olaraq qadağan edib. Bu barədə ER XİN-in mətbuat katibi Ani Badalyan özünün “Twitter” mikrobloqunda yazıb.
“Etnik təmizləmənin qarşısını almaq üçün Dağlıq Qarabağın 7 aylıq blokadasını aradan qaldırmaq üçün əlavə beynəlxalq səylər və hərəkətlər lazımdır”, – deyə Badalyan yazıb.







