BaşlıcaSiyasət

Baş nazir Paşinyanla Entoni Blinken arasında telefon danışığı olub

Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Ermənistan hökumətindən verilən məlumata görə, həmsöhbətlər regionda yaranmış vəziyyətə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqlara, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlara, o cümlədən beynəlxalq cəlbediciliyi ilə Bakı-Stepanakert dialoquna ehtiyac olduğu məsələyə toxunublar.

Baş nazir Paşinyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranın dərinləşməsinə və bunun aradan qaldırılması üçün zəruri addımlara toxunub.

Həmsöhbətlər regionda sabitliyin və sülhün təmin olunması üçün ardıcıl səylərin zəruriliyini vurğulayıblar.

Baş nazir Paşinyan ER hökumətinin sülh gündəliyinə sadiqliyini bir daha təsdiq edib.

Daha çox göstər
Back to top button