
Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin artımı ilin sonuna kimi 60%-ə çata bilər. “Armenpress”in məlumatına görə, bu barədə TASS-a Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Yekaterinburqda keçirilən “İnnoprom-2023” sərgisində bildirib.
“Ötən il Rusiya ilə ticarət dövriyyəmiz 5 milyard dollardan çox olub. İndi biz ikiqat artım səviyyəsindəyik. Düşünürəm ki, biz ilin sonuna kimi 50-60% artıma çatacağıq”, – deyə Kerobyan bildirib.
Nazir vurğulayıb ki, Rusiya Ermənistanın “bir nömrəli ticarət tərəfdaşıdır”.
Kerobyan əlavə edib ki, Aİİ ölkələri ilə ticarət də iki dəfə artıb.







