BaşlıcaSiyasət

Marukyan Azərbaycan nümayəndəsinin postuna reaksiya verib

Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan öz Tvitter səhifəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Laçın dəhlizinin açıq olması və keçid məntəqəsinin faciə ilə heç bir əlaqəsi olmadığı barədə açıqlamasına münasibət bildirib.

Edmon Marukyan yazır:

“Azərbaycan təmsilçisi köhnə ailə videosunu yaymaqla, ölkəsinin və prezidentinin apardığı etnik təmizləmə siyasətini ört-basdır etməyə çalışmaqla utanmadan həyasız yalanlar yayır.

Azərbaycan 30 mini uşaq olmaqla 120 min etnik ermənini girov saxlayır, onların dünya ilə əlaqəsini kəsir, qazı, işığı kəsir, insanları acından ölməyə məhkum edir.

Hacıyev isə  yalan ifadəsi ilə məhz bunu gizlətməyə çalışır.

Dağlıq Qarabağ sakinlərinin  övladları 3 yaşlı Leo və 6 yaşlı Gita ağır humanitar vəziyyət  nəticəsində həlak olublar. Bu cinayətə görə birbaşa Azərbaycan hökuməti məsuliyyət daşıyır”.

Daha çox göstər
Back to top button