
Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağda qalan bir neçə sakinin axtarışının necə aparıldığını əks etdirən videoçarx dərc edib. Qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yeni şəxslər tapılır.
“Az sayda insan ya seçim yolu ilə, ya da çıxa bilmədiyi üçün evlərində qalır. Bəzilərinin tibbi yardıma, qidaya və suya ehtiyacı var. Digərləri qohumları ilə əlaqə saxlamaqda və ya getmək üçün nəqliyyat almaqda kömək istəyirlər.
Evlər, mağazalar və ofislər tərk edilmiş, küçələrdə çoxlu it və pişikləri görmək olar”, – deyə BQXK bildirib.
BQXK komandasına 92 yaşlı atası ilə çox ucqar dağ icmasında yaşayan bir adamın müraciət etdiyi bildirilir. Bir neçə həftə işıqsız, televiziya və radiosuz qaldığı üçün bu qədər insanın bölgəni tərk etdiyindən xəbəri yox idi.
“Uzaqdan gördüm ki, gəldin. Mən su yığmağa gedirdim ki, sən oradasan. Adamlar qaçanda mən atamla gedə bilmirdim, çünki o, çox qocadır. Allaha şükürlər olsun ki, siz gəldiniz, gördük, bu dəqiqə baş verənlərlə bağlı məlumat aldıq”, – deyə Aharon Qazaryan BQXK komandası ilə söhbətində bildirib.







