BaşlıcaSiyasət

Paşinyan: “Münasibətlərin tənzimlənməsi üçün yol xəritəsinə tərəflərin sadiqliyi sülh prosesində sıçrayışı təmin edəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda Litvanın Baş naziri İnqrida Şimonite ilə görüşündə Şura sədri Şarl Mişelin  vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə onun özünün görüşləri zamanı Azərbaycan və Ermənistan arasında sülh və münasibətlər üçün yol xəritəsinin mahiyyətcə formalaşdığını vurğulayıb.

Alınan məlumata görə, bu haqda Paşinyan Litvanın Baş naziri ilə görüşdən sonra çıxışında bildirib.

“Mən vurğuladım ki, Azərbaycan prezidenti ilə mənim Brüsseldə keçirilən görüşlər zamanı Avropa Birliyi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması üçün yol xəritəsi mahiyyətcə formalaşıb.

Bu da Qranada keçirilən  dördtərəfli bəyanatında ifadə olunub.Tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesində sıçrayışı təmin edəcəkdir”- deyə Baş nazir bildirib.

Paşinyan əmin edib ki, Ermənistan yuxarıda qeyd olunan prinsiplərə sadiqliyini bir daha təsdiq edir.

Daha çox göstər
Back to top button