
Ali Məhkəmə Şurasının (AMŞ) sədri Karen Andreasyan Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib.Bu haqda Mərkəzi məhkəmə şurasının məlumatında bildirilir.
“Görüşdə Ali Məhkəmə şurasının sədri Avropa Birliyi səfirinə son bir ildə məhkəmə-hüquq sistemində qeydə alınan genişmiqyaslı islahatlar və nailiyyətləri, vətəndaşların öz həyatlarında hiss edəcəkləri müsbət nəticələri təqdim edib.
Karen Andreasyan Ermənistanda korrupsiyaya qarşı mübarizədə məhkəmələrin ifa etdiyi böyük rola, eləcə də məhkəmə sisteminin özündə korrupsiya hallarına qarşı aparılan işlərə toxunub.
Görüşün sonunda mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, məhkəmə-hüquq sistemi siyasətinin işlənib hazırlanması sahəsində əməkdaşlıq, məhkəmə binalarının şəraitinin yaxşılaşdırılmasına yönəlmiş konsepsiyaların işlənib hazırlanması və bu sahədə fəaliyyətlə bağlı proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.







