BaşlıcaSiyasət

Azərbaycan İsraildən 1,2 milyard dollar dəyərində Barak MX hava hücumundan müdafiə sistemi alacaq

Defense Industry Europe nəşrinin məlumatına görə, bir neçə ay öncə İsrail Aerospace Industries (IAI) şirkəti Azərbaycanda Barak MX sistemlərinin uğurlu nümayişini keçirib.

Azərbaycanın rəsmi hesabatına görə, sınaqlar Barak MX sisteminin müxtəlif versiyalarının dəfələrlə buraxılışını əhatə edib.

İsrail istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri artıq bir neçə ildir ki, Azərbaycanda istifadə olunur, lakin son nümayiş modernləşdirilmiş versiyaya aiddir.

Barak MX raket və aviasiya təhdidlərilə mübarizə üçün nəzərdə tutulmuş modul hava hücumundan müdafiə sistemidir. Həm dəniz platformalarında, həm də quruda fəaliyyət göstərir.

Daha çox göstər
Back to top button