BaşlıcaSiyasət

Ermənistan Ermənistan-Azərbaycan sərhəd görüşünün “barını” aşağı salır

Sülh müqaviləsi üzrə təkliflərin 6-cı raundunun mübadiləsindən sonra rəsmi Yerevan və Bakı yeni təkliflər irəli sürüblər. Xüsusilə Qərb vasitəçiliyindən narazı qalan Azərbaycan Ermənistan-Azərbaycan sərhədində ikitərəfli danışıqların təşkilini təklif edərsə, Ermənistan cavab olaraq Baş nazir müavinlərinin başçılığı ilə sərhədin demarkasiyası komissiyasının iclasını təşkil etməyi təklif edir.

Bəzi siyasətçilər və analitiklər hesab edir ki, tərəflər birbaşa ünsiyyət qurmağı və həll yollarını tapmağı öyrənməlidirlər, digərləri isə birbaşa danışıqlarda fürsətdən daha çox təhlükə görür.

Əgər görüş sərhəddədirsə, o zaman onlara aydınlıq gətirmək məqsədi ilə Ermənistanın Azərbaycana olan  təklifinə cavabı təxminən belədir:

Yerevan Bakının təklif etdiyi ölkənin birinci  “simalarıyla” görüşü əvəzində  bir rütbə aşağı səviyyədə  baş nazir müavinlərinin başçılığıyla  sərhədin demarkasiyası komissiyasının iclasının keçirilməsində israrlıdır.

Hər iki tərəf Ermənistan-Azərbaycan sərhədində görüş yerini qeyd edir. Parlament sədri Alen Simonyanın sözlərinə görə, erməni tərəfi danışıqlar və görüşlərin bütün variantlarını müzakirə edir.

“Azərbaycanın nə istədiyini biz niyə müzakirə etməliyik? Biz gərək öz istədiyimizi  müzakirə edək. Əgər Azərbaycan hökumətinin bəyanatları sadəcə bəyanatlar deyilsə və beynəlxalq ictimaiyyətin gözündə “toz üfürmək” məqsədini daşımırsa, bunu əməllərlə möhkəmləndirmək  lazımdır.

Real. Əgər Azərbaycan sülhdən danışırsa, bunu sübut etmək üçün  əsirlərin azad edilməsindən tutmuş, prezident Əliyevin AB rəhbərinin iştirakı ilə razılaşdığı ərazi üzrə razılaşdırılmış prinsiplərin təbliğinə qədər bir çox addımlar atmalıdır..

Beynəlxalq ictimaiyyətin gözünə “toz üfürmək”, Fransanın ABŞ və müxtəlif AB ölkələri tərəfindən tənqid olunduğunu söyləməsi təəccübləndiricidir.

 Hesab edirəm ki, bu strategiya uzun sürmür və əgər həqiqətən də sülh istəyirlərsə, demək  real addımlar lazımdır.  Belə ki, ER hazırdır və bir çoxsaylı  addımlar atıbdıu”.

Xüsusilə müxalifət nümayəndələri və bəzi analitiklər vasitəçisiz birbaşa danışıqların Ermənistan üçün çox təhlükəli olduğunu iddia edirlər. “Hayastan” fraksiyasının üzvü Armen Rüstamyan da bu fikri dəstəkləyənlərdəndir. Azərbaycanla vasitəçisiz danışıqlar qəbuledilməzdir.

“Azərbaycanın tələbləri bu gün bizim maraqlarımıza uyğun gəlmir. Onlar öz tələblərini diktə edib deyəcəklər: bunu etməsən, zorla alacağıq.

Əliyev deyir ki, başqa formatda razılaşmaq istəmirsənsə, bu gün daha çox üçlüyə (RF-nin vasitəçiliyi ilə – qrup)dayaqlanıb, çünki o, hələ oradan Naxicevanla əlaqəsi ilə bağlı əldə edəcəyi  şeylər var.

O,özünə  lazım olanı Qərbdən alıb, orada heç bir problemi yoxdur.Bizim adamlar KTMT istiqamətində getmir, o da Qərb istiqamətində getmir və bu anormal vəziyyət yaradıb.

Bu, ikitərəfli görüşə gətirib çıxaracaq və Azərbaycan çox sərt tələblər qoyacaq. Uduzan və qazanan danışıqları olacaq, bundan sonra bizim üçün olduqca kədərli nəticələrə gətirəcək”

Bir neçə gün əvvəl Azərbaycanla danışıqlar aparan şəxs, indiki halda Baş nazir Paşinyan Ermənistan parlamentində “Sülh müqaviləsi”nin imzalanmasından əvvəl razılaşdırılmış 3 prinsipdən başqa Ermənistan tərəfi üçün nəyin vacib olduğuna aydınlıq gətirib.

“Qarşıda aydınlaşdırılmalı olan bir neçə əsas məsələ var. Təəssüfflər olsun  ki, reallıq ondan ibarətdir ki, hər bir cümlə bəzən müxtəlif mənalarda şərh oluna bilər.

Odur ki, fərqli şərhlər olduğu halda bunun öhdəsindən necə gəlməyimizlə bağlı çox aydın mexanizmə malik olmalıyıq. Digəri. təhlükəsizlik təminatlarının yaradılmasıdır ki, “Sülh müqaviləsi”nin imzalanmasından sonra heç bir eskalasiya mümkün olmasın”.

Baş nazir iddia edir ki, Brüsseldə keçirilən iki görüşdə razılaşdırılmış 3 prinsipdən əlavə, Ermənistan və Azərbaycan bir-birlərinə qarşı ərazi iddialarının olmadığı barədə razılığa gəliblər və gələcəkdə belə iddiaları irəli sürməmək öhdəliyi götürüblər.

Qeyd edək ki, Azərbaycan ordusuna külli miqdarda vəsait xərcləməkdə və silahlanmaqda davam edir. Parlament spikeri Alen Simonyan bu mübahisəli siyasətə diqqəti cəmləşdirir:

“Biz bəzi müdafiə silahları əldə etməyə çalışarkən qonşu ölkə böyük səs-küy salmağa çalışır. Atom bombasından başqa hər şeyə sahib olduqlarını deyə bilərik.

 İsraildə ən qaynar məqamda silahları öz ölkələrinə ötürməyi bacardılar və indi dünyaya təqdim etməyə çalışırlar ki, Ermənistan silahlanır və hansısa hücum planları var.

Rəsmi olaraq bildirmək istərdim ki, ER heç bir başqa ölkəyə hücum etmək niyyətində deyil.Beynəlxalq ictimaiyyət isə milyardlarla dollarlıq alınan silahlara diqqət yetirməlidir.

Azərbaycana sual verin: Azərbaycanın bu miqdarda silah- sursat nəyinə lazımdır?”.

Ermənistan Xarici işlər nazirliyi Yerevanın rəsmi mövqeyini çatdıraraq israr etməkdə davam edir ki, bütün fəsadlara və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və hər iki tərəfdə siyasi iradə olarsa, buna nail olmaq mümkündür.

Ermənistan tərəfi bu cür iradə nümayiş etdirməkdə davam edir. Bu iradənin təzahürlərindən biri də Ermənistanın Azərbaycana iki ölkə arasında dövlət sərhədində demarkasiya komissiyasının iclasının keçirilməsini təklif etməsidir.

Qərbin nitqinin və tonunun dəyişməsi fonunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Leo Dokertinin Yerevandan Bakıya yola düşərkən Azərbaycan prezidenti İlham Əliyevdən belə bir fikir eşitməsi diqqətəlayiqdir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq heç bir maneənin olmadığını. Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistanla dialoqa, sülh müqaviləsinin imzalanmasına və iki ölkə arasında münasibətlərin tənzimlənməsinə hazırdır.

Daha çox göstər
Back to top button