
İlin sonunda Ermənistan silahlı qüvvələrinin bütün şəxsi heyəti aylıq əmək haqqı məbləğində mükafat alacaq.
Bu barədə Ermənistan MN-in mətbuat katibi Aram Torosyan məlumat yayıb.
Onun sözlərinə görə, müvafiq qərarı müdafiə naziri Suren Papikyan verib.
Bildirilib ki, artıq ikinci ildir hər ilin sonunda bu addım atılır.







