
Ermənistanda gələn ilin əvvəlində ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışları keçiriləcək.
Müvafiq qərar Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul olunub.
İclasda 2024-cü il 23 yanvar – 12 aprel tarixlərində ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışları keçiriləcəyi elan edilib. Təlimlərə 2 838 nəfərə yaxın şəxs cəlb olunacaq ki, onlardan 2579-u sıravi və aşağı rütbəli hərbçi, 98 nəfəri baş gizir, 161 nəfər isə zabit olacaq.
Elan edilmiş təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb ediləcək.







