BaşlıcaSiyasət

Ruben Vardanyanın həbs müddəti uzadılıb

Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.

Azərbaycanın Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti daha 4 ay uzadılıb.

Qeyd edək ki, Vardanyan 2023-cü il sentyabrın 27-də Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən qanunsuz olaraq həbs edilib. Bakı həmçinin Artsax Respublikasının keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, keçmiş xarici işlər naziri Davit Babayan, parlamentin spikeri Davit İşxanyan, generallar Levon Mnatsakanyan, Davit Manukyanı qanunsuz olaraq həbs edib.

Daha çox göstər
Back to top button