
2023-cü ilin Sentyabrın 27-də Azərbaycanın Dövlət sərhəd xidməti tərəfindən oğurlanmış Ruben Vardanyanın həbs müddəti daha 4 ayla uzadılıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Artsax rəsmilərinin ittiham olunduğu şey, hətta cinayət qanununun dar mənasında terrorizm sayıla bilməz. Avropa Şurasının tələbi ilə həbs müddəti adətən iki aya qədər müəyyən olunduğuna baxmayaraq, Azərbaycan bu tələbə məhəl qoymur və yerinə yetirmir.
Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan Kaşatağ rayonunda yerləşən Azərbaycanın qanunsuz keçid məntəqəsindən ilk oğurlanmış şəxs olub. Azərbaycanda Vardanyana qarşı terrorizmin maliyyələşdirilməsi, qanunsuz silahlı qruplaşmaların fəaliyyətinin təşkili və iştirak edilməsi, sərhədin qanunsuz keçirilməsi maddələriylə ittihamlar irəli sürülüb.
Avropa Şurasının tələbi ilə həbs müddəti adətən iki aya qədər müəyyən olunduğuna baxmayaraq, Azərbaycan bu tələbə tabe olmayıb və 4 ay həbs müddəti təyin edib.
Yanvarın 25-də məlum olub ki, bu müddət daha 4 ayla uzadılıb. Bakının bu siyasətindən güman etmək olar ki, oğurlanmış bütün rəsmilərin həbs müddətləri ara-bir uzadılacaq. Bu günlərdə “Beynalxalq və müqayisəli hüquq mərkəzi”nin rəhbəri Siranuş Sahakyan “Radiolurla” söhbətində belə senarini qabaqcadan görüb. Hüquq müdafiəçisinin fikirincə, səhnələşdirilmiş məhkəmə prosesləri də təxirə salınmayacaq.
“Bütün 8 rəsmiyə qarşı səhnələşdirilmiş məhkəmələrin olacağını güman edirəm. Əgər Azərbaycanda nifrət bəsləmədən daxili siyasi problemlərə əsaslanaraq oxşar məhkəmələr keçiriblərsə, aydındır ki, bu fürsəti əldən verə bilməyəcəklər”.
Bakı həmçinin Artsax Respublikasının keçmiş Prezidentləri Arayik Harutyunyan, Bako Sahakyan, Arkadi Ğukasyanı, Parlament sədri David İşxanyanı, Müdafiə ordusunun keçmiş komandanı Levon Mnatsakanyanı, Müdafiə ordusu komandanının keçmiş müavini David Manukyanı və keçmiş Xarici işlər naziri David Babayanı həbsdə saxlayır.
Onlara qarşı da ağır ittihamlar irəli sürülüb. Beynəlxalq hüquq üzrə mütəxəssis Ara Ğazaryan bunu siyasi təqib hesab edir.
“Bunun hamısı müharibə təbligatına uyğun gəlir. Bunlar əslində siyasi təqiblərdir. Onların ittiham olunduğu şey, hətta cinayət qanununun dar mənasında terrorizm sayıla bilməz. Əgər insan hətta silahla öz suverenliyini, müstəqilliyini müdafiə edirsə, bu nə beynalxalq hüquq, nə də çox ölkələrin daxili hüququyla cinayət sayılmır. Sadəcə olaraq, Azərbaycan bunu adi cinayət kimi təqdim etməyə çalışır, bu belə deyil”.
Artsaxın yüksək rütbəli rəsmilərinin həbslərinin syasi kontekst olduğunu həmçinin Siranuş Sahakyan vurğulayır. Onun sözlərinə görə, Azərbaycan cinayətin açılmasının hüquqi mexanizmlərini güc nümayişi məqsədilə istifadə edir.
“Biz qeyd edə bilərik ki, Azərbaycan tanımayan dövlətlərdə həyata keçirilən fəaliyyət, fikirlər və, ümumiyyətlə, ermənipərəst davranışlara görə bu məmurlara qarşı cəza tədbiri həyata keçirir. Proseslər nümayişkaranə xarakter daşıyır, məqsəd həm də psixoloji üstünlüklər əldə etməkdir və Azərbaycan bunun uzunmüddətli efektlərindən istifadə etməyə çalışacaq”.
Yerevanın Bakıda qanunsuz saxlanılan şəxslərin geri qaytarılması üçün hansı rıçaqları var? Və ümumiyyətlə, bu məsələdə şanslar nə qədərdir? Beynəlxalq hüquq üzrə mütəxəssis Ara Ğhazaryan qeyd edir ki, ən yaxın platforma, təsir edə biləcək Avropanın İnsan Hüquqları üzrə Məhkəməsidir, lakin o, azadlığa buraxmağı tələb edə bilmir.
“O, azad edə bilməz, lakin pozuntunu qeyd edə bilər. AİHM-in qeydə aldığı sonuncu işi maraqlarını təmsil etdiyim Karen Ğazaryanın işi olub, bir sıra həbs əsaslarının pozulması faktları qeydə alınıb.
Amma AİHM onun azadlığa buraxılmasını tələb edə bilməz. İstisna hallarda, bəlkə də ola bilər. Həbsin, cinayət işinin uydurma olduğunu, arxasında siyasi təqib olduğunu görmək amilində ola bilər”.
Azərbaycanda saxlanılan rəsmilərin hüquqlarının müdafiəsi istiqamətində bir sıra prosseslər aparılır. Bir hissədə ailə üzvləri iştirak edir, dövlətlərarası şikayət var, onun əsas moderatoru ER hökumətinin səlahiyyətli nümayəndəsidir.
Siranuş Sahakyan qeyd edir ki, lakin təkcə hüquqi sahədə bu şəxslərin qısa müddət ərzində azadlığa buraxılmasını təmin etmək mümkün deyil.Hüquq müdafiəçisinin fikirincə, burada böyük siyasi dəstək, eləcə də Azərbaycana qarşı dəqiq təzyiqlər lazımdır.







