Azərbaycandakı seçkilərdə “karusellər” davam edir: tələbələr də cəlb edilib

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri zamanı müxtəlif məntəqələrdə tələbələrin çoxsaylı səsvermə üçün istifadə edilməsi halları qeydə alınıb.
“Karusel” bir neçə seçki məntəqəsində eyni namizədə səsvermənin qanunsuz əməlinin adıdır. Bu üsul bir çox seçki məntəqələrində müşahidə olunub. Qəribədir ki, müxtəlif ünvanlarda yaşayan onlarla gəncin eyni məntəqədə necə səs verməsi müşahidəçilər arasında sual doğurmur.
Eyni şəxslərin bir neçə seçki məntəqələrində səs verdiyi halları ilə bağlı yerli medialarda videoçəkilişlər yer alıb.
Belə ki, 10 saylı Binəqədi III-cü seçki dairəsinin 24 və 25-ci seçki məntəqələrində, həmçinin
27 saylı Sabunçu II-ci seçki dairəsinin 3 və 4 saylı seçki məntəqələrdə bu hal yaşandığı deyilir.
Sözügedən seçki dairə komissiyalardan Turana bu məlumatları təkzib ediblər. Bildirilib çəkiliş fərqli-fərqli rakurslardan bir məntəqədən çəkilib.
Həmçinin 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9-cu məntəqəsinin komissiya üzvlərinin seçki qutusuna topa bülletenlərin atıldığı ilə bağlı iddialar var. Bu hal Mərkəzi Seçki Komissiyasının məntəqədə quraşdırdığı veb-kamera görüntülərində yer alıb.







