
Macarıstan Ermənistanla Avropa Birliyi arasında münasibətləri gücləndirmək istəyir. Verilən məlumata görə, bu barədə Macarıstan Prezidenti Katalin Novak Ermənistan Prezidenti Vahaqn Xaçaturyanla keçirdiyi mətbuat konfransı ərzində bildirib.
Biz Ermənistanın Avropa Birliyi ilə əlaqələrini gücləndirməsini istəyirik. Siz bizə arxalana bilərsiniz və iyul ayında Macarıstan AB-nə sədrlik edəndə biz Ermənistan-AB münasibətlərini dəstəkləmək, eləcə də Ermənistan üçün viza liberallaşdırılması prosesini irəli aparmaq üçün hər şeyi edəcəyik.
Novak Avropa Birliyinin Cənubi Qafqazla əlaqələri gücləndirməli olduğunu və Macarıstanın bu baxımdan faydalı ola biləcəyini vurğulayıb.







