BaşlıcaSiyasət

Ermənistan və Azərbaycan sərhədində artan gərginlikdən narahatıq: İran XİN

“İran Azərbaycan və Ermənistan sərhədində artan gərginlikdən narahatdır”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirib.

O qeyd edib ki, Tehran Yerevan və Bakını təmkinli olmağa çağırır.

Dialoq və diplomatiyanın Qafqaz regionunda davamlı və daimi sülhə aparan yeganə yol olduğunu vurğulayan diplomat hər iki ölkəni sülh sazişinin əldə olunması üçün səyləri sürətləndirməyə çağırıb.

Daha çox göstər
Back to top button