
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken Münhendə Ermənistan-Amerika münasibətlərinin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Alınan məlumata görə, ER hökuməti Münhen Təhlükəsizlik Forumu çərçivəsində Paşinyan-Blinken görüşünün təfərrüatlarını təqdim edib.
Baş nazir Paşinyan salamlama nitqində qeyd edib: “Biz ikitərəfli münasibətlərdə mövcud dinamikanı yüksək qiymətləndiririk. Düşünürəm ki, biz 2019-cu ildə çox səmərəli tərəfdaşlıq qurmuşuq və strateji dialoqa başlamışıq.
Bu il də vacibdir, biz amerikalı tərəfdaşlarımızla kifayət qədər geniş gündəliyə malik görüş gözləyirik.
Blinken isə öz növbəsində Ermənistanın ABŞ üçün çox dəyərli tərəfdaş olduğunu, iki ölkə arasında əlaqələri bütün istiqamətlərdə gücləndirə biləcəyini vurğulayıb və bütün bunları Baş nazir Paşinyanla müzakirə edib.
Tərəflər Ermənistan-Amerika münasibətləri gündəliyinin məsələlərini müzakirə etdilər, strateji dialoqun ardıcıl inkişafını vurğuladılar;
Görüş ərzində həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







