
Ermənistanın xarici siyasətinin məqsədi dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. “Armenpress”in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan Münhen və qonşu regionlardakı erməni icmasının nümayəndələri ilə görüşündə xarici siyasət vektorunun dəyişdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
“Xarici siyasi vektorumuzun məqsədi ölkəmizin maraqları olmalıdır. Biz xarici siyasətdə ölkəmizin maraqlarına əməl edirik, yoxsa yox? Və bu mənada vektor dəyişikliyi söhbəti mənim üçün o qədər də məqbul deyil.
Xarici siyasətimizin məqsədi müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır. Bu mənada bütün xarici əlaqələrimizdə bu, bizim vektorumuzdur”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə münasibətləri ilk növbədə demokratiyaya görə inkişaf edir.
“Əvvəla, Avropa İttifaqı bizi demokratik islahatlarla dəstəkləyir, sonra biz burada demokratiyanın nə olduğunu daha yaxşı öyrənəcəyik və bu barədə danışmaq ayıb deyil”, – deyən Paşinyan vurğulayıb ki, Ermənistanın Aİ ilə münasibətləri hər şeydən əvvəl dəyərlərdir.







