BaşlıcaİdmanSiyasət

Plan ER-nı müharibəyə cəlb etmək, sonra sülhməramlılar gətirmək idi: Simonyan

“Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək planı vardı”.

Bunu fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında genişmiqyaslı müharibə başladandan sonra sülhməramlı sifəti ilə bölgəyə gəlmək və Ermənistanla Azərbaycanın boynuna ilgək ataraq regionda növbəti sülh yaratmaq cəhdləri vardı ki, onlar harasa qaçmasınlar.

Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələsindən danışarkən isə o qeyd edib ki, ordu Ermənistanın sərhədlərini qoruyur:

“Biz öz səylərimizlə sərhədlərimizi qorumaq üçün müxtəlif ölkələrdən silah gətiririk”.

Daha çox göstər
Back to top button