BaşlıcaMədəniyyətSiyasət

Azərbaycanın hədəfində Artsax Dövlət universitetidir

Artsaxın Dövlət universiteti Azərbaycanın mədəni soyqırımının növbəti hədəfinə çevrilib. Bu barədə Hayk mədəniyyətinin Ombudsmanı Hovik Avanesov xəbərdarlıq edir.

“Azərbaycanın dövlət rejimi işğal olunmuş Artsaxda erməni izini məhv etməyə davam edir. Bu siyasətlə Azərbaycan insan tarixi ərzində mövcud olmuş bütün barbar tayfaları üstələyərək tipik vandalizmin simvoluna çevrilib.

Bu günlərdə Artsax Dövlət universiteti Azərbaycanın mədəni soyqırımının növbəti hədəfinə çevrilib. Azərbaycan mətbuat vasitələrinin yaydığı məlumatda universitet binasının görünüşünün dəyişəcəyi açıq şəkildə qeyd olunub. Aydındır ki, Azərbaycan öz dəst-xəttinə sadiq qalaraq quruculuq işləri adı altında erməni izini aradan qaldıracaq.

Xüsusilə, universitetin vətən uğrunda həyatını vermiş tələbələrinin xatirəsini əbədiləşdirən abidə kompleksi təhlükə altındadır

Artsax Dövlət universiteti Dağlıq Qarabağ  Muxtar vilayətinin mərkəzi Stepanakert şəhərində 1969-cu ildə yaradılmışdır. Azərbaycan tərəfindən Artsaxa qarşı başlanmış mühairbə illərində, 1992-ci ilin Oktyabrında Ermənistan Respublikası hökuməti Vanadzor Pedaqoji institutunun Stepanakert kafedrasının Yerevan Mühəndislik universitetinin Stepanakert filialı ilə birləşdirilməsi, yeni yaradılmış universitetin Artsax Dövlət Universiteti – ADU adlandırılması barədə qərar qəbul edib. Artsaxın ana ali təhsil müəssisəsinin vətənin müdafiəsində öz fəal iştirakı var idi.

Qeyd etmək lazımdır ki, Artsax Dövlət universiteti Azərbaycan terror qruplaşmalarının hədəfinə həmçinin 1990-cı illərdə çevrilib. 1992-ci ildə Avgustun 22-də Azərbaycan işğalçı qoşunları universitetə ​​500 kq-lıq hava bombası atıb, növbəti hədəf 1993-cü ildə olub. Bütün bunlar bir daha göstərir ki, Artsaxın mədəni irsi məhv olmaq və mənimsəmək təhlükəsi altındadır.

“Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən, mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və ya qisas hərəkətləri qadağandır.  1954-cü il Birinci Haaqa protokolu işğal olunmuş ərazilərdə mədəni və dini sərvətlərin məhv edilməsini qadağan edir”-deyə Avanesov yazıb.

Daha çox göstər
Back to top button