BaşlıcaMədəniyyət

AŞ deputatları  Çarlz Mişelə müraciət edib: “Daha bir beynəlxalq çağırış arxasında Bakı Artsaxı ermənilərdən təmizləyir”

Artsaxın mədəniyyət irsinin qorunub saxlanması məsələsi Avropa Parlamentinin onlarla deputatının diqqəti mərkəzindədir. Deputat Miriam Leksman bildirib ki, o və həmkarları parlamentin yüksək rütbəli üzvlərinə məktub göndərərək, onları Artsaxın erməni mədəniyyət və dini irsinin qorunması üçün addımlar atmağa çağırıblar.

Bununla belə, başqa bir beynəlxalq çağırışlar arxasında, Azərbaycan Artsax ərazisini ermənilərdən təmizləməyi davam etdirməkdədir.  Artsax abidələrinin daimi müşahidəsiylə məşğul olan  “Monumentwatch” təşkilatı bu günlərdə daha bir vandalizm barədə məlumatlandırıb.

Bu dəfə Azərbaycan Stepanakertin  Krkcan məhəlləsinin  “Surb Ammenaprqiç” kilsəsini hədəfə alıb.

Artsax abidələri Avropa mədəniyyət irsinin mühüm hissəsidir və onların qorunması Avropa strukturunun borcudur. Avropa Parlamentinin onlarla üzvü bu məzmunlu məktubla Avropa Şurasının sədri Şarl Mişel və digər yüksək vəzifəli şəxslərə müraciət edib. Məktubda deputatlar Artsaxın erməni mədəniyyət və dini irsinin qorunması üçün addımlar atmağa çağırırlar.

“Biz Dağlıq Qarabağın min illik erməni mədəniyyət və dini irsinin məhv edilmə, təhqir və mənimsənilmə təhlükəsi altında olmasından narahatıq ki, bu da beynəlxalq hüququn və BMT-nin Beynəlxalq Məhkəməsinin hüquqi qüvvəyə malik qərarının açıq şəkildə pozulmasıdır. Həmin obyektlər bizim Avropa irsimizin mühüm hissəsidir və onların qorunmasını təmin etmək bizim borcumuzdur” – deyə rəsmi məktubda qeyd olunub.

2020-ci il müharibəsindən sonra Azərbaycanın nəzarətində olan ərazilərdə bir sıra erməni kilsələri, abidələri, Xaçkarları, qəbiristanlıqları dağıdılıb, erməni qeydləri silinibdir.

Məktubda Avropa Parlamentinin deputatları vurğulayıblar ki, Azərbaycan hər hansı cinayəti etiraf etməkdən imtina edir və bu cinayətlərin hər hansı birinə görə məsuliyyət daşıyır.

“Üstəlik, Azərbaycan Dağlıq Qarabağda erməni mədəniyət və dini irsin mövcudluğunu qəsdən inkar etməkdə davam edir. Bu, dövlət tərəfindən dəstəklənən siyasətdir” – deyə məktubda bildirilib.

Azərbaycan ardıcıl olaraq Artsax ərazisini ermənisizləşdirir və mədəni soyqırımı beynəlxalq bəyannamələrdən kənarda davam etdirməkdədir. Artsax abidələrinin monitorinqini aparan Abidələrin Monitorinq Qrupunun elmi rəhbəri Hamlet Petrosyan əmindir ki, rəsmi Bakı həm keçmişdə, həm də indi beynəlxalq müraciətlərə və bəyanatlara məhəl qoymur.

“İndi onlar bütün Artsaxı ermənilərdən təmizləməkdədir, ilk növbədə istənilən abidəni, müstəqillik əlamətini hədəfə alırlar və bu, kütləvi xarakter daşıyır.

Onlar özləri elan edir və bunu işğal hesab edirlər və hesab edirlər ki, heç kimin bu məsələ ilə bağlı nə tənqid, nəqadağa və nə də çağırış etməyə haqqı yoxdur” – deyərək Hamlet Petrosyanqeyd edib.

2020-ci ilin müharibəsindən sonra erməni tərəfi dəfələrlə YUNESKO-ya müraciət edib, Artsaxa səfər edib və erməni mədəniyyət irsinin kütləvi qırğınını sənədləşdirib.

Aradan 4 il keçməsinə baxmayaraq, bu qurum  hələ də Artsaxda olmayıb. Son müraciət aylar öncə olub. 2023-cü il noyabrın 9-da Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan YUNESKO-nun Baş Konfransında erməni mədəniyyət irsinin monitorinqi və xəritələşdirilməsi üçün Artsaxa YUNESKO-nun müstəqil  faktaraşdırıcı missiyasının göndərilməsinin çox vacib olduğunu bildirib.

“Bilirsiniz, YUNESKO dövlətlər təşkilatıdır və bütün dövlətləri öz ərazilərinin irsinə hörmətlə yanaşmağa çağırır və YUNESKO o dövlətin və ya hökumətin icazəsi olmadan heç bir dövlətə səfər edə bilməz, onun belə mandatı yoxdur.

Petrosyan deyir ki, Azərbaycan YUNESKO nümayəndələrinin Artsaxa getməsinə icazə vermir, əksinə, onları ermənilərin ərazidəki guya İslam abidələrini necə məhv etdiyini görməyə dəvət edir.

Mütəxəssis vurğulayır ki, hazırda Ermənistan Azərbaycanın Artsaxda gördüyü işlərə nəzarət etmək üçün məhdud rıçaqlara malikdir. Azərbaycan sadəcə olaraq erməni izlərini məhv edir.

“Məsələn, bu yaxınlarda “Surb Sarkis” məbədinin Qərb divarında Xaçtəsvirli  heykəlciklər  var, kitabə var, kitabənin son sətri sındırılaraq betonlaşdırılıb.

Arxeoloji qədim  abidələrdən bilirik ki, məsələn, Tigranakert, Tqği Melik Sarayından məlumatımız var.

Gedib  nəsə çuxurlar qazırlar,yəni,  baxın-görün , biz yeni qazıntılar aparırıq, faktlaraşkar edirik. Əvəzində davamlı olaraq bu mədəniyyət  irsinin Alban-udin, yaxud albanların olduğu iddiaları irəli sürürlər”.

Avropa Parlamentinin üzvləri məktubunda həmçinin YUNESKO missiyasının regiona daxil olmasına icazə verilməsinin zəruriliyini vurğulayaraq, Azərbaycanı beynəlxalq faktaraşdırıcı qrupun regiona girişinə icazə vermək üçün son tarix təyin etməyə, habelə Dağlıq Qarabağdakı hər bir erməni mədəniyyət irsinə nəzarəti təmin etmək üçün Azərbaycana qarşı sanksiyalar 24/ 7 rejimlə sanksyalar tədbiq etməyə səsləyib.

 Bununla belə, “Monumentwatch” qrupunun elmi direktoru Hamlet Petrosyan beynəlxalq çağırışların Azərbaycanın anti-erməni siyasətini dəyişdirəcəyinə və ya cilovlayacağına şübhə ilə yanaşır.

Daha çox göstər
Back to top button