BaşlıcaMədəniyyətSiyasət

Azərbaycanlılar Getavan kəndinin getavanlı azadlıq döyüşçülərinin xatirəsinə həsr olunmuş kompleksini dağıdıblar

Azərbaycanlı vandallar ermənilərdən tamamilə boşadılmış Artsaxda vətən uğrunda həyatlarını vermiş qəhramanlarının xatirəsini əbədiləşdirən komplekslər və abidələri məhv etməyə davam edirlərş Bu barədə Hayk mədəniyyətinin ombudsmanı, azərbaycanşünas Hovik Avanesov öz Facebook səhifəsində bildirib.

 “Bu dəfə Martakert rayonunun Getavan kəndində Artsax azadlıq müharibəsində həlak olmuş getavanlı azadlıq döyüşçülərinin xatirəsinə həsr olunmuş memorial Azərbaycanın mədəni soyqırımının hədəfi olub. Abidələrin açılışı 2016-cı il Sentyabrın 7-də baş tutub.

“Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən, mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və ya qisas hərəkətləri qadağandır.  1954-cü il Birinci Haaqa protokolu işğal olunmuş ərazilərdə mədəni və dini sərvətlərin məhv edilməsini qadağan edir”-deyə o, yazıb.

Daha çox göstər
Back to top button