BaşlıcaMədəniyyətSiyasət

Getavanın abidəsi Azərbaycan vandalizminin hədəfində

Azərbaycan tərəfi işğal olunmuş Artsaxın Martakert rayonunun Getavan kəndində kəndin özünümüdafiəsi naminə həyatlarını vermiş getavanlı azadlıq döyüşçülərinin xatirəsinə ucadılmış abidənin divarına vurulmuş xatirə lövhələrini dağıdıb. Bu barədə Artsaxın mədəni irsini daima müşahidə edən monumentwatch.org saytı yazır.

“Getavan abidəsi rəsmi olaraq 2016-cı ildə açılıb. Abidənin mərkəzində heykəltəraş Varazdat Hambardzumyanın hazırladığı Xaçkar qoyulub, o da dağıdılıb. Qeyd etməyi zəruri hesab edirik ki, bu, ustanın Artsaxdakı yeganə oxşar işi deyil. “Qılınc-xaçlar” və ya “sərhəd xaçları” Varazdat Hambardzumyanın təşəbbüsü ilə Azadlıq müharibəsindən sonra sərhədləri göstərmək və qələbəni simvolizə etmək üçün Artsaxın mühafizə zonalarında qoyulmağa başlanmış, sonra isə həm Artsaxda, həm də Ermənistanda geniş yayılmışdır.  

Burada “Qılınc-xaç” kompozisiyasında dördkünclü qılınc kimi görünən qılınc təqdim olunub, yəni biz adi, qəbzi, üfüqi bölmə və ağzı olan qılınc görmürük. Görünür ki,  usta onun gücünü və qüdrətini bütün istiqamətlərdə təsvir etməyə çalışıb. Ustanın sözlərinə görə, “vətən təhlükədə olanda xaç qılınca çevrilir”.

Beynəlxalq Ədalət məhkəməsi təsdiq edib ki, işğal olunmuş ərazilərdə qüvvədə olan qanunlar, o cümlədən mədəni dəyərlərin qorunmasına dair müddəalar beynəlxalq adət hüququ (infra Jurisprudence) statusu alıb, yəni ümumi və qaçılmaz qayda kimi işləyir və bütün dövlətlər üçün məcburidir.

Qeyd etmək vacibdir ki, Xaçkarların hədəfə alınması xüsusilə qadağan olunmuş əməldir və bütün bəşəriyyətə qarşı ağır cinayət hesab olunur, çünki “Erməni xaçkarlarının sənəti: Xaçkarların simvolizmi və sənətkarlığı” 2010-cu ildən YUNESKO-nun 2003-cü ildə qəbul etdiyi “Qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib və ümumbəşəri dəyər hesab olunur.

Xaçkar mədəniyyətinin həmçinni müharibə zamanı və ondan sonra əlavə mühafizəsi var. Xüsusilə, “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasına əlavə olunmuş 1999-cu ildə qəbul edilmiş ikinci protokolun prinsiplərinə əsasən, bütün Xaçkar mədəniyyəti gücləndirilmiş müdafizəyə malikdir və ona vurulan hər hansı zərər, protokolun 15-ci maddəsinin “a” bəndinə əsasən, beynəlxalq məhkəmələrdə hərbi cinayət kimi təqib oluna bilən “ciddi pozuntu”dur.

Daha çox göstər
Back to top button