Başlıcaİctimaiyyət

“Syunik” hava limanının daxili gücü beynalxalq uçuların həyata keçirilməsini tamamilə təmin edə bilər: Karen Vardanyan

Yerevan-Kapan və əks istiqamətdə hava uçuşları Ermənistanın sərnişindaşıma sahəsində tədricən özünəməxsus yer tuturlar.

Hazırda Syyunik hava limanına yalnız ölkənin mərkəzindən gələn təyyarə enir, lakin görünən gələcəkdə buradan başqa ölkələrə uçuşlar açıla bilər. Bu barədə hava limanının direktoru Karen Vardanyan bildirib.

O, məlumat verib ki, Yerevan-Kapan-Yerevan ilk uçuşu keçən ilin Aprelin 26-da baş verib. O, texniki xarakter daşıyırdı. Avgustun 21-dən isə komersiya sərnişindaşımalarını həyata keçirməyə başlayıblar ki, onlar həftədə iki dəfə, bazar ertəsi və cüma günlərində həyata keçirilir. 7 ay ərzində 35 uçuş həyata keçirilib.

“Syunik” hava limanının normal fəaliyyəti “Zəngəzur mis-molibden kombinatı” xeyriyyə fondunun ayırdığı vəsait hesabına tam təmin olunur. 2023-cü ildə fond bu məqsədlə 150 ​​milyon dramdan(≈ 380,725 dollar) çox vəsait ayırıb. Hazırda hava limanı qarşısındakı problemləri həll etmək üçün yeni investisiyalara ehtiyacı yoxdur.

Kombinat uçuş-enmə zolağının və digər infrastrukturun tikintisinə 2,5(6 milyon 345 min dollar) milyard dram xərcləyib. Bütövlükdə isə Zəngəzur mis-molibden kombinatı “Sünik” hava limanının tikintisinə, əmlak və təyyarələrin alınmasına 10 milyard dramdan çox vəsait ayırıb.

Ermənistanın Cənubundakı bu hava limanı başdan beynalxalq uçuşları təmin etmək imkanı və perspektivi ilə planlaşdırılıb və tikilib. Hava limanının direktoru Karen Vardanyan qeyd edib ki, strukturun daxili gücü beynəlxalq uçuşları tamamilə təmin edə bilər. Bəzi hüquqi və texniki məsələlər var ki, dövlət tərəfindən həll olunarsa, qısa müddət ərzində “Syunik”i beynəlxalq mərkəzə çevirmək mümkün olacaq.

Daha çox göstər
Back to top button