Başlıcaİctimaiyyət

Ermənistan Şərqi Avropa və Mərkəzi Asiyada stalker hücumlarının qurbanlarının sayına görə 9-cu yerdədir

Ermənistan və Azərbaycan 2023-cü ildə stalker hücumlarının qurbanlarının sayına görə Şərqi Avropanın (Avropa Birliyi ölkələri istisna olmaqla), Rusiya və Mərkəzi Asiyanın ilk 10 ölkəsi siyahısına daxil edilib.

“Kaspersky” şirkəti bildirir ki, şirkətin mobil mühafizə həlləri Azərbaycanda 243 (5-ci yer), Ermənistanda 43 (9-cu yer) belə hal aşkarlayıb. 2022-ci ildə Azərbaycanda 130 (5-ci yer), Ermənistanda 27 (10-cu yer) belə hal qeydə alınıb. Qeyd olunan illərdə Gürcüstan həmin siyahıda  daxil olunmayıb.

Kaspersky Security Network-nun məlumatına görə, 2023-cü ildə Rusiya (9 890), Braziliya (4 186) və Hindistan (2 492) dünyanın ən çox zərər çəkmiş üç ölkəsi sırasındadır. İran keçən ildə ilk beşliyə daxil olub və orada qalıb. 2022-ci illə müqayisədə zərə çəkən ilk 10 ölkənin siyahısı az dəyişib. Almaniya 7-ci yerdən 10-cu yerə endiyi halda, Səudiyyə Ərəbistanı (2022-ci ildə 8-ci yerdə idi) siyahıdan çıxıb.

Daha çox göstər
Back to top button