BaşlıcaSiyasət

Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında “Sülh kəsişməsi” layihəsinə siyasi və maddi dəstək tələb olunur

Ermənistanla Azərbaycan arasında sülh sazişinin olmaması “Sülhün kəsişməsi” və digər bu kimi təşəbbüslərə sərmayə yatırmaq üçün maneə olmamalıdır. Əksinə, bu, gərginliyi daha da azalda, Cənubi Qafqazda sülh gətirə bilər.

Bu barədə Danimarkanın keçmiş baş naziri və Şimali Atlantika Alyansının keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrupunun dərc etdiyi hesabatda deyilir.

Cənubi Qafqazda nəqliyyat marşrutlarının bloklanmasına toxunan hesabatda Ermənistan hökuməti tərəfindən təqdim edilən və Ermənistanın yurisdiksiyasında və suverenliyi altında olmalı olan və ölkələrin qarşılıqlılıq və bərabərlik prinsipinə əsaslanan nəqliyyat yollarının yaradılması məqsədi daşıyan “Sülh kəsişməsi” təşəbbüsünə toxunulur.

Hesabat müəlliflərinin fikrincə, “Sülh kəsişməsi” təşəbbüsü Cənubi Qafqazda ticarət, qarşılıqlı asılılıq və kommunikasiyanı inkişaf etdirəcək, həmçinin Ermənistanla qonşuları arasında münasibətlərin tam normallaşmasına töhfə verəcək. Təşəbbüs dəmir yolu, avtomobil yolu və sərhəd sektorlarına əhəmiyyətli investisiyalar tələb edəcək.

Hesabatda Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə də toxunularaq, qeyd olunub ki, Azərbaycan öz ərazisində missiya yerləşdirməkdən imtina edib. Bu da Bakının əsl niyyətini göstərir. Həmin missiyanın şəxsi heyətinin sayının artırılması və onların texniki imkanlarının inkişaf etdirilməsinin zərurliyi də qeyd olunur.

Daha çox göstər
Back to top button