Başlıcaİctimaiyyət

Ermənistan “Eurovision 2024”-ün ikinci yarımfinalında çıxış edəcək

“Eurovision 2024” mahnı müsabiqəsində Ermənistan təmsilçisi “Ladaniva” qrupu müsabiqənin ikinci yarımfinalında çıxış edəcək.

Qrup 8 nömrə altında “Jaco” mahnısını ifa edəcək.

“Eurovision 2024” mahnı müsabiqəsi 2024 mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

“Ladaniva” erməni-fransız qrupunun yaradıcıları Jaklin Bağdasaryan və Lui Tomasdır. Qrupun digər fransız üzvləri müntəzəm olaraq dəyişirlər. Bu günə qədər “Ladaniva” musiqisevərlərə maraqlı, özünəməxsus yanaşma ilə “Zepyuri nman”, “Vay aman”, “Sareri hovin mernem” və digər erməni xalq mahnılarını təqdim edib.

Daha çox göstər
Back to top button