BaşlıcaSiyasət

Lemkin adına institutu Azərbaycan rejiminin erməni əsirlərdən qisas ala biləcəyindən öz narahatlığını bildirib

Lemkin adına Soyqırımın qarşısının alınması institutu Azərbaycan tərəfindən Artsaxın erməni rəsmiləri və mülki şəxslərinin davam edən və qanunsuz həbsini qətiyyətlə mühakimə edib.

Bəyanatda xüsusilə deyilir ki, “Bu şəxslərə qarşı ciddi insan hüquqlarının pozulması riskinin, o cümlədən onların həyatlarına təhlükənin yüksək olduğunu nəzərə alsaq, ciddi beynəlxalq iştiraka ehtiyac heç vaxt bu qədər təcili olmayıb. Buna görə də Lemkin institutu beynəlxalq ictimaiyyəti lazımi addımlar atmağa və Azərbaycanda girovluqda olan bütün erməni hərbi əsirlərin, rəsmi və mülki şəxslərin öz vətəninə tezliklə və təhlükəsiz geri qayıtmasını təmin etməyə çağırır”.

Lemkin institutu xatırladıb ki, Azərbaycan Artsax Respublikasının səkkiz yüksək rütbəli rəsmilərini, xüsusən də, Artsaxın keçmiş Prezidentləri Arkadi Ğukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan, Artsaxın Müdafiə ordusunun keçmiş birinci müavini Davit Manukyan, Artsaxın keçmiş Xarici işlər naziri Davit Babayan, Artsaxın Müdafiə ordusunun komandanı Levon Mnatsakanyan və Artsaxın Parlamentinin  son sədri Davit İşxanyanı həbsdə saxlayır.

İnstitutun yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyevin diktatura rejimi tərəfindən saxlanılan bütün ermənilərin iztirabları dərin narahatlıq doğursa da, onlar Ruben Vardanyanın vəziyyətindan xüsusilə narahatdırlar. “Artsaxın keçmiş dövlət naziri, iş adamı və xeyriyyəçi Vardanyanı Artsaxın öz müqəddəratını təyinetmə hüququnu açıq və sarsılmaz dəstəklədiyinə görə Azərbaycanda xüsusilə nifrət edirlər” – deyə bəyanatda bildirilir.

Lemkin institutu xatırladıb ki, ötən il Sentyabrın 28-də verdiyi öz bəyanatında Ruben Vardanyanın 4 aylıq “qabağı alınma həbsinin” ardınca bir sıra uydurma ittihamlar irəli sürüləcəyi bildirilib.

Vardanyanın və digər yüksək rütbəli rəsmilərin Artsaxın müstəqilliyində simvolik və tarixi əhəmiyyətini nəzərə alaraq, Lemkin institutu Azərbaycan prezidenti Əliyev rejiminin onlara qarşı qisas ala biləcəyindən narahatlığını bildirib.

İnstitut bir daha beynəlxalq ictimaiyyəti prezident Əliyev rejimini bütün erməni mülki şəxsləri və hərbi əsirləri dərhal azad etməyə inandırmağa çağırıb. Bundan əlavə, o, beynəlxalq ictimaiyyəti Artsax Soyqırımı qurbanlarının əziyyətlərini daha da ağırlaşdıra biləcək və ya Azərbaycanı Ermənistan Respublikasının ərazisinə qarşı hər hansı qanunsuz təcavüzə sövqləndirə biləcək hər cür yardımdan çəkinməyə çağırıb.

Daha çox göstər
Back to top button