BaşlıcaSiyasət

Rusiya diplomatik çıxışında “Zangezur dəhlizi” ifadəsini işlətmir: Zaxarova

Rusiya Federasiyası Ermənistan və Azərbaycanı təmkinlik nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır.

Bunu Rusiya XIN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.

“Siyasi-diplomatik sahədə ərazi mübahisələri və tələblər, o cümlədən anklavlar məsələsi Ermənistan-Azərbaycan delimitasiyası və demarkasiyası məsələləri ilə məşğul olan ikitərəfli komissiya çərçivəsində həll edilməlidir. Biz öz tərəfimizdən əlimizdə olan eksklüziv kartoqrafik məlumatlarla bu işə maksimum dəstək verməyə hazırıq”, – deyə Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya Federasiyası diplomatik çıxışında “Zangezur dəhlizi” ifadəsindən istifadə etmir. Söz Syunik bölgəsi ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən marşrutdan gedir.

“Güzəştlərin işlənməsi üçün özünü doğrulayan mexanizm var. Bu, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupdur. 2023-cü ilin iyununda keçirilən son sessiyada tərəflər regionda iqtisadi əhəmiyyət kəsb edən marşrutların açılması istiqamətində qarşılıqlı faydalı qərarın qəbuluna yaxın idilər. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli danışıqlara qayıtmağa çağırırıq”, – Zaxarova vurğuladı.

Daha çox göstər
Back to top button