BaşlıcaSiyasət

AB ilə əməkdaşlıq ER-nın  müqavimət qabiliyyətinin artırılmasına və xarici siyasətinin diversifikasiyasına töhfə verəcək: Ekspert

ER-AB münasibətlərinin gündəmi kifayət qədər genişlənir və son vaxtlar üzləşdiyimiz xarici təhdidlər və çağırışlar nəzərə alaraq ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlıq ən vacib komponentlərdən biridir

Bu barədə “Qadınlar və qlobal təhlükəsizlik memarlığı” mərkəzinin sədri Armine Marqaryan bildirib.

“AB ilə yüksək səviyyəli əməkdaşlıq Ermənistanın müqavimət qabiliyyətinə, təhlükəsizliyimizin və xarici siyasətimizin diversifikasiyasına, xarici sahədə manevr qabiliyyətinə, eləcə də Ermənistanın regionda mövqelərinin möhkəmlənməsinə töhfə verə bilər. Ermənistanın kifayət qədər effektiv olan və tərəfdaşları dəstəkləmək və onların təhlükəsizliyini gücləndirmək üçün həyata keçirilən Avropa Birliyinin sülh alətindən istifadə edə bilməsi üçün uzun müddətdir iş gedir, lakin burada nəzərə almaq lazımdır ki, söhbət öldürücü silahlarla təmin etməkdən getmir, bu halda sülh aləti çərçivəsində bizə veriləcək vəsait Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək” – deyə Marqaryan bildirib.

Onun müşahidəsinə görə, silah tədarükü ER-AB əlaqələrinin möhkəmlənməsinə, ölkəmizlə Avropa strukturuna daxil olan müxtəlif ölkələr arasında əlaqələrin yaxınlaşmasına töhfə verəcək və bu da öz növbəsində gələcəkdə daha böyük imkanlar gətirəcək. Marqaryanın fikrincə, AB-nin sülh alətindən istifadəsi qartopu effekti verəcək və bunun sayəsində Ermənistan tərəfi hazırda AB-yə üzv dövlətlərlə hərbi-texniki əməkdaşlıq çərçivəsində istifadə olunan şəbəkəni daha asan genişləndirə biləcək.

AB-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətini qiymətləndirən ekspert onun Ermənistan üçün əhəmiyyətini həddən artıq qiymətləndirməyin çətin olduğunu vurğulayıb.

“Həmin missiyanın nümayəndələri ölkəmizin sərhədlərində yerləşməsəydilər, onunla nə baş verəcəyini təsəvvür etmək belə çətindir. Bizim burada bir problemimiz var: ənənəvi olaraq, ER vətəndaşları təhlükəsizliyi hərbi təhlükəsizlik kimi müşahidə edirlər və təhlükəsizliyin digər komponentlərinə o qədər də əhəmiyyət vermirlər.  AB-nin müşahidə missiyası təhlükəsizlik komponentlərindən birini həyata keçirir, yəni Ermənistan-Azərbaycan münaqişəsindən əziyyət çəkmiş və hələ də əziyyət çəkən hissələrdə insanların təhlükəsizliyinə töhfə verərək Ermənistan sərhədlərinin monitorinqini aparır,  uzunmüddətli perspektivdə isə AB-nin müşahidə missiyası Ermənistan və Azərbaycan arasında etimad mühitinin formalaşmasına töhfə verəcək.

Bu mənada AB-nin bilavasitə iştirakı sayəsində Brüsselə obyektiv məlumat verə bildiyini nəzərə alsaq, bu, əvəzsiz missiyadır ki, bu da AB-nin Ermənistan və Azərbaycanla bağlı siyasətinə təsir edir. Ola bilsin ki, ER hökumətinin son dövrlərdə atdığı ən dügün addımlardan biri AB-nin müşahidə missiyasının bizim sərhədlərimizdə yerləşdirilməsidir” – deyə Marqaryan bildirib.

ER-AB iqtisadi əməkdaşlığının perspektivlərindən danışan ekspert qeyd edib ki, ER-AB tərəfdaşlığı gündəliyi daha iddialı xarakter alır, çünki bu gündəliyə daxil edilən mühüm məsələlərdən biri Ermənistan iqtisadiyyatının inkişafı üçün Avropa investisiyalarının genişləndirilməsinə aiddir. Onun sözlərinə görə, ikinci problem ER-na öz iqtisadiyyatını diversifikasiya etmək üçün kömək etməkdən ibarətdir.

“Uzunmüddətli işləri izləsək, məlum olacaq ki, AB iqtisadi alət vasitəsilə Ermənistanın müqavimət qabiliyyətinin gücləndirməsinə çalışır ki, məhsullarımız rəqabətli olsun və Avropa bazarlarına daha böyük həcmdə çıxsın. Bütün bunlar çox vaxt aparan prosesdir.

Yenidən işlənmiş gündəliyimizə qeyd olunan iki bənd daxil edilərsə, əməkdaşlıq daha sürətlə inkişaf edəcək ki, bu da əslində AB-ER münasibətlərinin təməl daşıdır. Ardıcıl iş aparılarsa, biz ilin sonunda elə vəziyyət olacaq  ki, ER iqtisadiyyatı müəyyən dərəcədə Avropa istiqamətinə gedə biləcək. Burada Avrasiya iqtisadi birliyinin problemi də var.

Desək ki, ER indi o strukturu tərk etməlidir, o halda bu, dalana aparan yoldur, sadəcə olaraq proses paralel aparılmalıdır. Məhsullarımızın Avropa bazarlarına çıxması ilə paralel olaraq, Avrasiya iqtisadi birliyindən də çıxa biləcəyik” – deyə Marqaryan bildirib.

Daha çox göstər
Back to top button