BaşlıcaSiyasət

Araks çayında qeyri-adi radiasiya çirklənməsi müşahidə edilməyib։ İran rəsmisi

İranın nüvə təhlükəsizliyi mərkəzinin rəis müavini Məhəmməd Rza Kardan Araks çayında qeyri-adi radiasiya çirklənməsinin müşahidə olunmadığını bildirib.

Onun sözlərinə görə, çayın çirklənməsi ilə bağlı müzakirə olunan xəbərlər ağır metallarla çirklənmə ilə bağlıdır. Radiasiya ilə çirklənmə baxımından Araksı çirkləndirən mənbə yoxdur.

“Bu kontekstdə bir çoxları Ermənistandakı Metsamor AES-i xatırladır, lakin bu baxımdan qeyd etmək laımdır ki, bir tərəfdən bu AES Araks çayından xeyli uzaqda yerləşir və o, elə qurulub ki, su ilə deyil, hava ilə soyudulsun”,- İran rəsmisi vurğulayıb.

Qurum rəsmisinin sözlərinə görə, Araks çayında 24 saat radiasiya monitorinqi və yoxlama aparılır.

Daha çox göstər
Back to top button