
Ermənistanın silah alması regionda pozulmuş silah balansını bərpa etmək məqsədi daşıyır.
Bu haqda jurnalistlərlə söhbətində parlamentdə Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan deyib.
“Biz indi diqqətimizi müdafiə problemlərinin həllinə istər mühəndislik, istərsə də hava hücumundan müdafiəyə yönəltmişik. Əldə etdiyimiz və ya alacağımız silahlar regionda pozulmuş silah balansını düzəltməyə yönəlib, çünki məhz onun pozulması düşmənə 2016-cı ildə bir dəfə, 2020-ci ildə geniş miqyasda hərbi əməliyyatlara başlamaq imkanı verib”- deyə Koçaryan bildirib.
O, hesab edir ki, silahlı qüvvələr islahatların həcmini davam etdirsə, nəinki balans bərpa olunacaq, həm də ordu bütün bunları idarə etmək bacarığına malik olacaq. Bir çox başqa proqramlar da buna yönəlib.







