BaşlıcaSiyasət

Səfir Yengibaryan: “Biz Almaniyadan ER-nın suverenliyi və ərazi bütövlüyü ilə bağlı fəal hərəkətlər gözləyirik”

Ermənistan Respublikasının Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Viktor Yengibaryan “Loyal” təhlükəsizlik siyasəti jurnalının baş redaktoru Andre Uzulisə müsahibə verib.Bu haqda  Ermənistanın Almaniyadakı səfirliyi məlumatlandırıb.

Səfir Cənubi Qafqazda təhlükəsizlik, Dağlıq Qarabağ əhalisinin etnik təmizləməsi və sülh quruculuğundan danışıb. Müsahibədə müzakirə olunan əsas məqamlar haqqında qısaca:

1. Ermənistan cəmiyyətinin həmrəyliyi və ER hökumətinin səyləri sayəsində Dağlıq Qarabağdan Ermənistana zorla köçürülmüş insanların üzləşdiyi problemləri yüngülləşdirmək və çadır qəsəbələrindən yayınmaq mümkün oldu.

2. Ermənistan və Azərbaycan texniki baxımdan “Sülh müqaviləsi”nə çox yaxındırlar, lakin Azərbaycanın siyasi iradəsi yoxdur.

3. Bölgəmizdə rifahın yeganə ilkin şərti sülhdür. Sülh bərqərar olarsa, nəhayət sərhədləri açmaq, insanların və malların sərbəst gediş-gəlişi mümkün olacaq ki, bundan Azərbaycan da faydalanacaq, Türkiyə-Ermənistan sərhədi açılacaq, bu da hamının xeyrinə olacaq.

4. ER hökumətinin “Dünyanın kəsişməsi” təşəbbüsü bizim sülh proqramımızın ən mühüm hissəsidir, o, Şimal-Cənub, Şərq-Qərb ticarət-iqtisadi əlaqələrinin mühüm hissəsinə çevriləcəkdir.

5. Ermənistanın güclü demokratik strukturları var, ölkə korrupsiyaya qarşı uğurla mübarizə aparır, ona görə də 2022-ci ildə bizdə 12 faizdən çox iqtisadi artımımız olub.

6. Ermənistan silah alış bazarlarının şaxələndirilməsi və peşəkar ordunun yaradılması istiqamətində addımlar atır.

7. RF Ermənistanın strateji tərəfdaşıdır, eyni zamanda Azərbaycanın da strateji tərəfdaşıdır və 2011-ci ildən bu yana Azərbaycana milyardlarla dollar dəyərində silah satıb.

Bu mənada Rusiya Federasiyasının Ermənistanın müdafiə qüvvəsi olması haqda deyilənlər düzgün deyil. KTMT Ermənistanı nəinki hərbi, heç siyasi cəhətdən də dəstəkləməyib, ona görə də bu strukturun mənası ilə bağlı ciddi suallarımız var.

8. AB-nin mülki missiyası regionda müsbət rol oynayır. AB-nin ən böyük dövləti kimi Almaniyadan Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı fəal hərəkətlər gözləyirik.

Türkiyə ilə yaxşı münasibətdə olan bir dövlət kimi Almaniyanın da təsiri bizim üçün önəmlidir.

Daha çox göstər
Back to top button