BaşlıcaBeynəlxalq

USAID: “ABŞ Ermənistana ayrılan yardımı artırır”

ABŞ Ermənistana ayrılacaq dəstəyini artırır. Bu məlumatı  ABŞ-ın Dövlət Departamenti, Beynəlxalq İnkişaf Agentliyi və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası ilə birgə AB-ABŞ-Ermənistan yüksək səviyyəli görüşü zamanı Ermənistana dəstək məqsədilə dərc edilib.

1992-ci ildən bəri ABŞ Ermənistana demokratik islahatları, iqtisadi artımı və sabitliyi dəstəkləmək və humanitar yardım göstərmək üçün təxminən 3,3 milyard dollar sərmayə qoyub.

Gələcək nəsillər üçün dinc, demokratik və firavan Ermənistanı təşviq etmək öhdəliyinə uyğun olaraq, ABŞ erməni tərəfdaşları ilə aşağıdakı addımları atdı:

Konqres ilə əməkdaşlıq çərçivəsində USAID Ermənistan xalqına son hərbi əməliyyatlar nəticəsində məcburi köçkünlərə kömək etmək, enerji sektorunu gücləndirmək, ərzaq təhlükəsizliyi problemlərinə qarşı mübarizə aparmaq, iqtisadi sabitliyi, rəqəmsal idarəetməni və regional inteqrasiyanı təşviq etmək və insan hüquqlarının müdafiəsi üçün 33 milyon dollar verəcək.

Daha çox göstər
Back to top button