BaşlıcaSiyasət

Avropa Parlamentində Erməni Soyqırımı və Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləməyə həsr olunmuş konfrans keçirilib

Avropa Parlamentində Ramkavar Liberal Partiyasının təşəbbüsü və dəstəyi ilə “Erməni Soyqırımının anılması: Bu günlərdəki deportasiyaya aparan yol” adlı konfrans keçirilib. Konfransın qonağı Avropa Parlamentinin irlandiyalı üzvü Kler Dali olub.

“Armenpress”in Brüsseldəki müxbirinin verdiyi məlumata görə, Erməni Soyqırımı ilə Dağlıq Qarabağdakı etnik təmizləmə arasında paralellər aparan konfransın əsas məruzəçiləri Ramkavar liberal partiyasının Belçikadakı nümayəndəsi Paruyr Sevak Dəmirçyan, Erməni Soyqırımı Muzeyi-İnstitutunun direktoru Edita Qzoyan, Brüssel Azad Universitetinin siyasi tədqiqatlar mərkəzinin elmi işçisi Anita Xaçaturova və keçmiş diplomat Vardan Barseqyan olub.

Tədbirin keçirilməsində əsas məqsəd baş verənlər və ermənilərin başına gələnlər barədə məlumatlandırmaq olub.

Daha çox göstər
Back to top button