BaşlıcaSiyasət

Dövlət Departamenti Ermənistana hərbi yardımın göstərilməsinə dair sənədin imzalanması ilə bağlı məlumatı təkzib edib

ABŞ Dövlət Departamentinin mətbuat xidməti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə guya Ermənistana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədin Azərbaycan mətbuatında yayılmış fotosunu dezinformasiya adlandırıb.

“Bu sənəd sırf dezinformasiyadır, təhlükəsizlik məsələləri gündəmdə olmayıb. Biz sizin diqqətinizi aprelin 5-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekununda Avropa İttifaqı və Ermənistan ilə birlikdə qəbul etdiyimiz press-relizə yönləndirmək istərdik. Avropa İttifaqı və Ermənistan ilə birlikdə keçirilmiş Brüssel görüşündə diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən Ermənistanda demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib”, – deyə Dövlət Departamentinin mətbuat xidmətinin sorğuya cavabında qeyd olunub.

Bu barədə Azərbaycanın “Azərtac” agentliyinin sorğusuna cavab olaraq Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Daha çox göstər
Back to top button