BaşlıcaSiyasət

Moskvalını bıçaqlayan Azərbaycan vətəndaşı həbs edilib

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada motosikletçiyə bıçaqla hücum edərək öldürən azərbaycanlını yaxalaya bilib. Bu haqda Telegram-kanal 112 məlumatlandırıb.

“22 yaşlı Şahin Abbasov və rəfiqəsi Bolşaya Polya küçəsində tutulub. İndi o, dindirilmək üçün İstintaq Komitəsinə aparılır”- deyə mətbu yazır.

Qeyd olunur ki, şübhəlilər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunublar.

Aprelin 18-də Azərbaycan vətəndaşı Moskvanın Krasnodarskaya küçəsindəki evlərdən birinin girişinin qarşısında avtomobili saxlayıb.

 Bu, 24 yaşlı yerli sakinin xoşuna gəlməyib və azərbaycanlı sürücünü danlayıb. Nəticədə 21 yaşlı moskvalıya hücum edib, onu döyüb, sonra isə bıçaqla qarnına zərbə endirib.

Moskvalı gənc aldığı xəsarətlərdən xəstəxanada ölüb, cinayətkarsa qaçıb.

Daha çox göstər
Back to top button